Hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ABŞ-ı ölkəyə dəvət edib.
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi Vaşinqtonu səfirliklərin açılmasına və investisiyaların bərpasına çağırıb.
“Biz inanırıq ki, müharibə ilə bağlı fəsil başa çatıb və indi qarşılıqlı hörmətə əsaslanan münasibətlər, müsbət qarşılıqlı fəaliyyətin yeni bir fəslini istəyirik”, - diplomat bildirib
O, ABŞ-ın diplomatik nümayəndəliyini saxlaya və mədənlərə, bəndlərə, eləcə də yollara investisiya qoya biləcəyini bildirib.