Kiyevdə bir sıra partlayışlar baş verib.
Bu barədə “Obşestvennoye. Novosti” nəşri məlumat yayıb
Həmçinin qeyd olunub ki, paytaxtda hava həyəcanı elan edilib. Analoji rejim Vinnitsa, Dnepropetrovsk, Jitomir, Kiyev, Kirovoqrad, Nikolayev, Poltava, Sumı, Çerkassı və Çerniqov vilayətlərində tətbiq olunub.
Ötən gün hava həyəcanı fonunda Ukraynanın mərkəzi hissəsində yerləşən Kropivnitski şəhərində partlayışlar baş verib. O zaman sirenalar ölkənin Kirovoqrad, Odessa, Nikolayev, Çerkassı, Dnepropetrovsk və Poltava vilayətlərinin ərazisində işləyib.