Rusiyanın Bryansk bölgəsində binadan yıxılan 4 yaşlı uşaq möcüzəvi şəkildə sağ qalıb.
Bu barədə Rusiya Federasiyasının Regional İstintaq Komitəsi məlumat yayıb. Qeyd edilib ki, azyaşlı pəncərədən yıxılsa da, yalnız xəsarət alıb.
"Hadisə avqust ayında Oktyabrskaya küçəsindəki binalardan birinin mənzilində baş verib. Dörd yaşlı qız çöldə oynayan həmyaşıdlarına baxmaq üçün pəncərəyə vurulmuş ağcaqanad toruna söykənib. Nəticədə o, pəncərədən yıxılıb. Ana həmin vaxt övladına nəzarət etməyib və pəncərə çərçivəsi isə xüsusi kilidlə təchiz olunmayıb.
Qız qapalı kəllə-beyin travması, kontuziya alıb və qanaxma olub. Müstəntiqlər hadisə ilə bağlı araşdırmaya başlayıblar",- məlumatda deyilir.