Gündəm / Dünya Bugün, 20:30

İlk dəfə olaraq tam süni intellektlə serial hazırladılar



Türkiyədə mütəxəssislər tam şəkildə süni intellekt məhsulu olan serial ərsəyə gətiriblər.

Yayımlanan bu əsər tam şəkildə süni intellekt məhsulu olan ilk türk serialı olub.

İki 15 dəqiqəlik bölümdən ibarət olan "Qala divarları" adlı kvazi-tarixi serial "Amazon Prime" onlayn platformasında yayımlanıb.

Türkiyədə mütəxəssislər tam şəkildə süni intellekt məhsulu olan serial ərsəyə gətiriblər. Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, yayımlanan bu əsər tam şəkildə süni intellekt məhsulu olan ilk serial olub.

İki 15 dəqiqəlik bölümdən ibarət olan "Qala divarları" adlı kvazi-tarixi serial "Amazon Prime" onlayn platformasında yayımlanıb.

Serialda hadisələr indiki İran ərazisində olan Alamut qalasında baş verir. Səsləndirmələr real sənətçilər tərəfindən müxtəlif dillərdə təqdim olunub.

Layihənin ssenarisini əvvəllər "El Turco" serialında işləmiş Kerem Deren və Cisil Hazal yazıblar. İstehsal şirkəti olan "Ay Yapım" bəyan edib ki, onlar "ChatGPT" çatbotlarından istifadə ediblər. Bundan başqa, "MidJourney"dən istifadə edilib. Serialı ərsəyə gətirənlər həmçinin "Runway", "Google Nano Banana", "Veo", "Kling", "ComfyUI" və "Topaz" botlarından da istifadə ediblər.

Xəbər lenti