Gündəm Bugün, 22:00

Avtomobil yol kənarında dayanan maşına çırpıldı - 6 nəfər xəsarət aldı



Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Ələt-Qazax avtomobil yolunun rayonun Alpı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə hərəkətdə olan minik avtomobili yol kənarında dayanan digər minik avtomobilinə çırpılıb. Toqquşma nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti