Avropa İttifaqı Kiyevə yeni yardıma veto qoymasını ləğv etmək və Rusiya əleyhinə 20-ci sanksiya paketini qəbul etmək müqabilində Budapeştə "Drujba" neft kəməri vasitəsilə tədarükü bərpa edəcəyinə söz verə bilər.
Planetinfo.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Müzakirələrlə tanış olan bir diplomat iddia edib ki, Orban öz siyasi xəttini davam etdirəcək. Drujba məsələsi inandırıcı səslənmir, amma seçki kampaniyası üçün qələbəyə ehtiyacı var.
Məlumata görə, Aİ-nin hüquqi həll hazırlamağa vaxtı yoxdur.
Bunun əvəzinə, siyasi həllə ehtiyac olacaq. Diplomatların fikrincə, Rusiya neft tədarükünün bərpa olunacağını vəd edən "kağız parçası" hazırlana bilər. Bu həftə Aİ səfirlərinin görüşündə bir neçə diplomat boru kəmərinin vəziyyətini qiymətləndirmək üçün hazırda Ukraynada olan Avropa nümayəndə heyətinin göndərilməsini təklif edib.
Lakin səfər Ukrayna hökumətinin razılığından asılıdır.