Almaniya gömrük rəsmiləri Hamburqda üç şirkətin ərazisində axtarış aparıblar və Rusiyaya qarşı sanksiyalarını pozmaqda şübhəli biliniblər.
Planetinfo.az xəbər verir ki, bu barədə Essen gömrük idarəsi məlumat yayıb.
Bir şirkət rəhbəri Rusiyaya qarşı embarqonu 900-dən çox dəfə pozmaqda və Rusiyadan 4 milyon avrodan çox dəyərində sanksiyalı mallar idxal etməkdə şübhəli bilinib.
Söhbət konkret mallardan gedir. Gömrük rəsmiləri sənədləri və məlumat saxlama cihazlarını müsadirə ediblər. Bundan əlavə, iki lüks avtomobil müsadirə edilib və ümumilikdə 3,5 milyon avro dəyərində vəsait dondurulub.
Heç kim saxlanılmayıb.