Hollandiyalı diplomat İrana qadağan olunmuş mallar idxal etməyə cəhd edərkən tutulub.
Planetinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mehr xəbər agentliyi Xarici İşlər Nazirliyinin məlumatına istinadən bildirib ki, İrana qadağan olunmuş malların keçirilməsinə cəhd edən hollandiyalı diplomatın qanunsuz hərəkətlərinə cavab olaraq, İran Hollandiyanın Tehrandakı səfiri Emil Frederik Dubona sərt etirazını bildirib.
Xarici İşlər Nazirliyi hollandiyalı diplomatın müsadirə etdiyi yükün İran qanunvericiliyi ilə idxalı və istifadəsi qadağan edilmiş mallar olduğunu və yükün müsadirə edilməsi prosesinin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına, o cümlədən 36-cı maddənin 2-ci bəndinə uyğun olaraq həyata keçirildiyini və bütün müvafiq protokollara əməl edildiyini vurğulayıb.