Dünya 26-02-2026, 17:01

Polşalı nazir 90 dəqiqə Ukrayna münaqişəsindən danışdı


Polşa xarici işlər naziri Radoslav Sikorski Seymdə 90 dəqiqəlik çıxışının yarıdan çoxunu Ukraynadakı münaqişəyə və Rusiyaya həsr edib.

Planetinfo.az xəbər verir ki, Sikorski hesablayıb ki, Avropanın Ukraynaya yardım və hərbiləşdirmə xərcləri, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarda qələbə qazanması halında potensial xərclərdən 24 dəfə azdır.

Sikorski qeyd edib ki, 2022-ci ilin yayında Kiyevə 54 ədəd "Krab" özüyeriyən artilleriya qurğusunun satışı ilə bağlı razılaşma Polşa müdafiə sənayesi üçün ən böyük ixrac müqaviləsi olub.

Xəbər lenti