Dünya 26-02-2026, 14:48

"Sandu və partiyası Ukrayna münaqişəsindən uğursuzluqları haqlı çıxarmaq üçün istifadə edir"


"Sandu və hökuməti Ukrayna münaqişəsindən xarici və daxili siyasətdəki uğursuzluqlarını haqlı çıxarmaq və müxalifətə təzyiqi artırmaq üçün istifadə edir".

Planetinfo.az xəbər verir ki, bu sözləri Moldovanın ən böyük müxalifət Sosialist Partiyasının lideri, sabiq prezident İqor Dodon deyib.

"Maya Sandu və PAS Ukraynadakı müharibədən siyasi alət kimi istifadə edir. Son dörd ildir ki, onlar daxili siyasətdə, iqtisadiyyatda və sosial məsələlərdə bütün uğursuzluqları, müxalifətə təzyiq, media senzurası və Avropaya inteqrasiyadakı gecikmələr üçün müharibədən bəhanə kimi istifadə edirlər. Görünür, əgər müharibə olmasaydı, onlar birini icad etməli olardılar, çünki o zaman nə prezident, nə də parlament seçkilərində heç bir şansları olmazdı" - Dodon Telegram-da yazıb.

Xəbər lenti