Dünya 26-02-2026, 15:12

Gürcüstan Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina etdi


"Gürcüstan Rusiyaya qarşı birtərəfli sanksiyalar tətbiq etməyib və tətbiq etməyəcək, çünki bu, respublikaya ciddi ziyan vuracaq".

Planetinfo.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "Rustavi 2" telekanalına müsahibəsində deyib.

"Biz sanksiyalar tətbiq etməyəcəyik, çünki bunun Rusiyaya təsiri olmayacaq, əksinə Gürcüstana ciddi ziyan vuracaq".

Bu həftə Almaniya, Fransa və Britaniyanın Tbilisidəki səfirləri birgə bəyanat yayaraq Gürcüstan hökumətini Rusiya neft məhsullarının alınmasını dayandırmağa və Rusiyaya qarşı Avropa sanksiyalarına qoşulmağa çağırıblar.

Xəbər lenti