ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (KTTA) Cisco şirkətinin SD-WAN bulud rabitə sisteminə edilən haker hücumlarını dünya miqyasında qeydə alıb.
Planetinfo.az xəbər verir ki, bu barədə kəşfiyyat agentliyinin açıqlamasında bildirilib.
Mütəxəssislər uğurlu haker hücumlarının sistem daxilində əvvəllər məlum olmayan və hesablara giriş imkanı verən identifikasiya zəifliyi ilə əlaqəli olduğunu bildiriblər. Zəiflik Kanada, Avstraliya, Yeni Zelandiya və Britaniya kəşfiyyat orqanları ilə birgə müəyyən edilib.