Dünya 2-03-2026, 12:28

Britaniya Yaxın Şərqə təxliyə qrupları göndərir


Britaniya Yaxın Şərqdən vətəndaşlarının mümkün təxliyəsi üçün tədbirlər hazırlayır.
Planetinfo.az xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri İvet Kuper Sky News telekanalına açıqlamasında bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Britaniya dəstək sistemləri təşkil edir. İranın hücumları səbəbindən hava məkanı bağlı olan ölkələr də daxil olmaqla, Fars körfəzi ölkələrində İranın hədəfi ola biləcək təxminən 300 min vətəndaş var.
Kuper əmin edib ki, vətəndaşların dəstək almasını təmin etmək üçün turizm sənayesi və yerli hökumətlərlə işləmək məqsədilə bölgəyə sürətli reaksiya qrupları göndərir. Ən əsası isə turizm sənayesi ilə və zərurət yarandıqda, evakuasiya məsələləri ilə bağlı hökumətlə işləməklə geniş çeşidli variantları nəzərdən keçirir.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıblar.
Tehran da daxil olmaqla, İranın böyük şəhərləri bombalanıb.

Xəbər lenti