Dünya 2-03-2026, 13:16

Tehranda yaşayış məntəqəsinə edilən hücumda beş nəfər ölüb

ABŞ və İsrailin Tehranda Şəhid Məhəlləti məktəbinin yaxınlığındakı yaşayış məntəqəsinə endirdiyi hava hücumu nəticəsində ən azı beş nəfər həlak olub.

Planetinfo.az Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Fatimə Məhəmmədbeyqi açıqlayıb.

"Şəhid Məhəlləti Məktəbinin yaxınlığındakı İran küçəsindəki beşdən çox binaya hücumlar nəticəsində ziyan dəyib. Bir çox avtomobil yanıb. Bir çox yaşayış binası yaşayış üçün yararsız hala düşüb. Bələdiyyə işçiləri dağıntıları təmizləyir. Bu hücumda beş nəfər ölüb" .

Xəbər lenti