Dünya 3-03-2026, 15:30

İsrail Hizbullahın 160 hədəfinə zərbələr endirdi

İsrail Müdafiə Qüvvələri Hizbullah təşkilatının 160 hədəfinə, hərbi komandanlıq mərkəzlərinə və Radvan xüsusi təyinatlı qüvvələrinə hava hücumu həyata keçirib.

Planetinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bəyanat yayıb.

Açıqlamada deyilir:

"İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda Hizbullahın 160 hədəfinə zərbə endirib. Bu zərbələr zamanı İMQ Hizbullah terrorçularına və Radvan Qüvvələri terrorçularına, eləcə də İsrail dövlətinə qarşı çoxsaylı terror hücumları hazırlamaq üçün istifadə edilən Hizbullah hərbi komandanlıq mərkəzlərinə zərbə endirib".

Xəbər lenti