Hindistan Yaxın Şərqdəki münaqişənin dialoq və diplomatiya yolu ilə həllinə çağırış edib.
Planetinfo.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib.
"Biz birmənalı şəkildə münaqişənin tez bir zamanda sona çatmasını dəstəkləyirik", - deyə o bildirib.
Diplomat əlavə edib ki, artıq çoxlu insan ölüb və bununla bağlı təəssüf bildirilib.
O bildirib ki, dünya son günlərdə münaqişənin təkcə şiddətlənməsinin deyil, həm də digər ölkələrə yayılmasının şahidi olub. Dağıntıların və ölümlərin sayı artıb, normal həyat və iqtisadi fəaliyyət dayanıb.