ABŞ Prezidenti Donald Tramp İrandakı əməliyyatı dörd istəyi yerinə yetənə qədər davam etdirmək istəyir.
Planetinfo.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.
Məlumata görə, Tramp İranın raket qüvvələrini və donanmasını məhv etmək, İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq və onu "digər ölkələrdə'terrorçu orduları silahlandırmaq, maliyyələşdirmək və idarə etmək qabiliyyətindən məhrum etmək istəyir.
Tramp əvvəllər döyüşlərin dörd-beş həftə davam edəcəyini bildirib, amma bu istəklərin reallaşması çətin göründüyü üçün əməliyyat göstərilən müddətdən daha gec başa çatacaq.