Dünya 24-11-2025, 10:48

Kiyev üçün tarixi sınaq




“ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsini həll etmək üçün təklif etdiyi 28 maddəlik sülh planı Kiyev üçün tarixi sınaqdır”.

Bunu Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, Vaşinqton rəsmiləri bu istiqamətdə prezident Zelenskiyə ciddi təzyiqlər göstərir. Pərviz Mirizadə onu da qeyd edib ki, Birləşmiş Ştatların özündə belə bu məsələdə ciddi fikir ayrılıqları mövcuddur:

“Təbii ki, proses ətrafında suallar olduqca çoxdur və hər kəs Trampın niyə böyük ölçüdə Rusiyanın lehinə işləyən plan hazırlanmasının cavablarını tapmağa çalışır.

İlkin ehtimallara görə bu plan təkcə Birləşmiş Ştatların məhsulu deyil, burada Vaşinqton-Moskva tandemi özünü qabarıq şəkildə büruzə verməkdədir. Yəni, Rusiya tərəfdən Krill Dmitrievin, ABŞ tərəfdən isə Stiv Vitkof, Marko Rubio və J. D. Vans kimi rəsmilərin adı hallanır və bu ortaq bir proyektir”.

O deyib ki, mövcud situasiya Ukrayna üçün olduqca ağırdır:

“Bu faktiki olaraq kapituliyasiya aktına imza atmaq deməkdir və Zelenskinin hər hansı bir düzəlişlər olmadan bu plana razılıq verəcəyi inandırıcı deyil”.

Anar

Xəbər lenti