ABŞ prezidenti D.Trampın Ukrayna üzrə "Sülh planı" Avropa və Ukrayna tərəfindən qəbul edilmədi. Artıq 28 maddədən ibarət "sülh planı" yoxdur. Avropa, ABŞ və Ukraynanın Cenevrədə hazırladığı 19 maddəlik atəşkəs müqaviləsindən ibarətdir. Rusiya buna cavab olaraq Kiyevə genişmiqyaslı ballistik raketlər və Dronlarla zərbə endirib. Danışıqlara maraqlı olduğunu deyən Rusiyanın Kiyevə ağır şəkildə hücum etməsi göstərir ki, Avropanın planını qəbul etmək istəmir.
Bunu Planetinfo.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.
"Hazırda ABŞ və Rusiya Əbu-Dabidə danışıqlar aparır. Bu danışıqların detalları Avropa və Ukrayna ilə bölüşüləcək. Çünki, ABŞ təkbaşına qərar qəbul etməsi, Avropa tərəfindən qarşısı alınır. Məhz Türkiyə də ABŞ 28 maddəlik "sülh planını" qəbul etməyib. Avropa və ABŞ tərəfindən yenidən atəşkəs planı hazırlayıb. Bu planın Rusiya tərəfindən qəbul edilməsi üçün ABŞ və Rusiya arasında danışıqlar aparılırsa, proses davam edəcək" - politoloq deyib.
O, qeyd edib ki, ümumiyyətlə, Rusiyanın Ukraynada azda olsa üstünlüyü növbəti eskalasiyaya gətirib çıxaracaq. Rusiya "hücum etməklə" qazanır prinsipi ilə qonşu ölkələrə qarşı hərbi təzyiqlər qaçılmaz olacaq. Avropa prosesə obyektiv yanaşır. Amma, ABŞ prezidenti D.Tramp Ukrayna məsələsinə spesifik yanaşır. D. Tramp üçün Ukraynanın torpaq güzəştə getməsi sadə görünür.Yalnız atəşkəs əldə edilsin. Nəticədə, ABŞ və Rusiya iqtisadi əlaqələri bərpa olunaraq birgə investisiya layihələri reallaşdırsın. Rusiyanı isə sosial rifah deyil, yeni ərazilər qazanıb, imperiyanı genişləndirilməsi düşündürür.
Nəsimi