Gündəm / Dünya
21-04-2026, 22:00
Gürcüstan patriarxı kürsüsü uğrunda mübarizə başladı
Aprelin 28-də Gürcüstan Patriarxlığında Müqəddəs Sinodun iclası keçiriləcək.
Bu barədə məlumatı Gürcüstan Patriarxlığının İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Bildirilib ki, iclasda patriarx postuna üç din xadimi namizəd seçiləcək.
Patriarx seçkisinin isə mayın 12-də keçiriləcəyi gözlənilir.