Gündəm 27-04-2026, 19:30

Şamaxıda qəza - 4 nəfər xəsarət alıb



Şamaxıda avtomobil qəzası baş verib.

Planetinfo.az xəbər verir ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə nəticəsində 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti