İzmirin Bornova rayonunda 71 yaşlı Rüstəm Teker xərçəng xəstəsi olan həyat yoldaşı İzadiye Tekeri silahla qətlə yetirib.
Planetinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rüstəm Tekerə “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük, qanunsuz silah saxlamağa görə isə 1 il həbs və 10 min lirə (380 manat) cərimə cəzası verilib.
Teker ifadəsində hadisənin mübahisə zəminində baş verdiyini və qətli törədərkən spirtli içki qəbul etdiyini etiraf edib.
Cütlüyün qızı atasının uzun müddətdir anasına qarşı fiziki və psixoloji zorakılıq göstərdiyini bildirib.