Gündəm 2-05-2026, 17:30

İki qardaş toyda bıçaqlandı



Göygöldə toyda iki qardaş bıçaqlanıb.

Hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Xəbər lenti