Gündəm 6-05-2026, 21:00

Gəncədə qızqaçırtma zamanı bıçaqlı dava: 4 nəfər yaralandı - Yeniləndi



Gəncə şəhərində kütləvi davanın və bir nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin bəzi təfərrüatı bilinib.

Hadisə zamanı 2012-ci il təvəllüdlü R.İsmayılova, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar.

2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb. İlkin ehtimala görə, insident qız qaçırmaq istəyərkən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

Hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2003-cü il təvəllüdlü İsbi Əhmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib, hadisənin səbəbləri araşdırılır

Xəbər lenti