Gündəm 6-05-2026, 21:30

Azərbaycanda ilk dəfə: bu yolu saatda 130 kilometr sürətlə getmək mümkündür



"Aprelin 28-dən etibarən M1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 53-cü km-dən 185-ci km-nə qədər olan hissəsində maksimal hərəkət sürətinin 130 km/saat olduğunu bildirən yol nişanlarının quraşdırılması başa çatıb".

Planetinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Respublika ərazisindəki ödənişli avtomobil yollarında nəqliyyat vasitələrinin maksimal hərəkət sürəti 110 km/saatdan 130 km/saata qaldırılıb", - deyə məlumatda bildirilib.

***

Hazırda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur.

Bu barədə Planetinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

"DYP bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda qeyd olunub.

Xəbər lenti