Gündəm / Dünya 16-05-2026, 17:00

Əməkdar artist vəfat etdi



Tatarıstanın əməkdar artisti Rezeda Kadırova 65 yaşında vəfat edib.

Bu barədə "MK" nəşri məlumat yayıb.

Bildirilib ki, o, 2026-cı ilin yanvarında ağır itki ilə üzləşib – həyat yoldaşı Danis dünyasını dəyişmişdi. Kadırova ilə vida mərasiminin yeri və vaxtı barədə məlumat daha sonra açıqlanacaq.

Rezeda Kadırova 1961-ci il aprelin 22-də Mamadış rayonunun Urazbaxtino yaşayış məntəqəsində anadan olub. Kazan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra məktəbdə müəllim və tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib.

Ona musiqi ilə məşğul olmağı dramaturq Tufan Minnullin tövsiyə edib. İfaçının tatar dilindəki mahnıları böyük uğur qazanıb.

Xəbər lenti