Gündəm 16-05-2026, 18:10

Naxçıvana uçuşlar ləğv olundu



Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb.

Bununla bağlı AZAL-ın verdiyi məlumatda bildirilir.

"AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.

Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək", - məlumatda qeyd olunur.

Xəbər lenti