Bu gün Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsinin finalı keçiriləcək.
Müsabiqə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Səhnəyə sayca yubiley – 70-ci "Avroviziya-2026" müsabiqəsinin 25 finalçısı çıxacaq.
Müsabiqəni öz ölkəsində keçirmək hüququ uğrunda Danimarka, Almaniya, İsrail, Belçika, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, Böyük Britaniya, Fransa, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Kipr, İtaliya, Norveç, Rumıniya və Avstriya mübarizə aparacaq.