Gündəm 22-05-2026, 17:30

Aqil Abbasdan uşaqpulu haqda açıqlama: “Sistem yaradıblar”



“Mən də “uşaqpulu”nun verilməsinin tərəfdarıyam. Bu uşağı böyüdürsən, dünyanın hansı yerində olursa-olsun “uşaqpulu” verilməlidir”.

Planetinfo.az Pravda.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas deyib.
O deyib ki, Azərbaycan hökuməti “uşaqpulu”nu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir:
“Belə sistem yaradıblar. Kim çox maaş alırsa, ona yox, az təminatlı ailələrə verilsin. Sistemi yaradanlar bu fikrin üzərində dururlar.
Amma mən “uşaqpulu”nun verilməsinin tərəfdarıyam, vəssalam”.

Xəbər lenti