Gündəm 26-05-2026, 23:15

Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar



Aprelin 26-da keçirilmiş buraxılış imtahanında Abşeron və Sumqayıt ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri yüksək nəticə əldə ediblər.

Bu barədə Abşeron-Xızı təhsil idarəsi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Qobu qəsəbə 1 saylı tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Ruslan qızı Abdullayeva və Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyasının şagirdi Emin Elman oğlu Abdullah maksimum nəticə göstərərək 300 bal toplayıblar.

Xəbər lenti