Gündəm Dün, 15:00

Bakıda hündürmərtəbəli bina YANIR - Yenilənib



Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, binanın şaxtasındakı elektrik kabelləri, damındakı havalandırma qurğusunun mühərriki və ətrafa yığılmış taxta qırıntıları yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

xxx

Bakının 9-cu mikrorayonu ərazisindəki hündürmərtəbəli binada yanğın baş verib.

Həmzə Babayev küçəsində yerləşən binada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti cəlb olunub.

Xəbər lenti