İran nümayəndə heyəti İsveçrədə ABŞ ilə aparılan məsləhətləşmələri davam etdirir.
Bu barədə "Axios" nəşrinin müxbiri Barak Ravid diplomatik mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, danışıqlarda iştirak edən diplomatlardan biri İran nümayəndə heyətinin ölkəni tərk etmədiyini və ABŞ ilə danışıqların hələ də davam etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl "Tasnim" İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyətinin Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk etdiyi barədə məlumat yaymışdı.