Gündəm Dün, 21:30

Yevlaxda yük vaqonunda yanğın olub



Yevlax dəmir yolu vağzalında içərisində kükürd olan yük vaqonunda yanğın baş verib.

Hadisə bu gün saat 08:50 radələrində qeydə alınıb.

Məlumata görə, hadisə ilə əlaqədar Azərbaycan Dəmir Yolları QSC-nin Yevlax Yanğından Mühafizə Qatarı tərəfindən operativ tədbirlər görülüb.

Yanğın qısa müddətdə söndürülüb, təhlükəsizlik təmin olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti