Gündəm / Dünya
Bugün, 20:45
ABŞ-da güclü zəlzələ baş verdi
ABŞ-nin qərbində, Oreqon ştatının sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ Oreqon ştatının Bandon şəhərindən 218 kilometr qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.