Dünyanın ən gözəl sözü seçilib. Bu ada Yeni Zelandiyanın yerli maori xalqına məxsus "Kaitiakitanga" sözü layiq görülüb.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, bu söz insanın təbiəti gələcək nəsillər üçün qorumaq məsuliyyətini ifadə edir. Maori xalqının dünyagörüşünə görə, insan təbiətin sahibi deyil, onun ayrılmaz bir hissəsidir.
Dil öyrənmə platforması Babbel bu mükafatı ilk dəfə təqdim edib. Qalib sosial şəbəkələrdə və dil forumlarında aparılan müzakirələr əsasında müəyyənləşdirilib. Daha sonra beynəlxalq münsiflər heyəti sözləri səslənməsi, tələffüzü, mənası və mədəni özünəməxsusluğuna görə qiymətləndirib.
Müsabiqədə 75-dən çox dildən təqdim olunan 223 söz nəzərdən keçirilib.