Gündəm / Siyasət / Dünya Bugün, 18:30

Trampın çıxışlarından qazanc əldə edən Ağ Ev əməkdaşı işdən çıxarıldı



ABŞ prezidenti Donald Trampın çıxış mətnlərini əvvəlcədən oxuyaraq mərc oynadığı iddia edilən Ağ Evin teleprompter operatoru Qabriel Perez vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə BBC məlumat yayıb.

İddialara görə, 2016-cı ildən Ağ Evdə çalışan Perez Trampın ictimai çıxışlarında istifadə edəcəyi sözlər barədə əvvəlcədən məlumat əldə edərək mərc platformasında proqnozlar verib və bu yolla təxminən 100 min dollar qazanc əldə edib. Lakin o, ittihamları rədd edir.

Məlumata görə, mərc platforması qeyri-adi əməliyyatları aşkar etdikdən sonra hesabın Ağ Evdə çalışan federal əməkdaşa məxsus olduğunu müəyyən edib. Platforma şübhəlinin çıxarmağa çalışdığı 90 min dollardan artıq vəsaitin dondurulduğunu və sübutların tənzimləyici qurumlara təqdim edildiyini açıqlayıb.

Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib ki, prezident Donald Tramp hadisədən xəbərdardır və Perez artıq Ağ Evdə çalışmayacaq.

Xəbər lenti