Gündəm / Siyasət / Dünya Bugün, 19:00

2026-cı il üçün yeni proqnoz: Qarşıdakı aylarda 9 böyük fəlakət olacaq




Daha əvvəl Yaxın Şərqdə baş verən hadisələri əvvəlcədən bildiyini iddia edən amerikalı ekstrasens Angela Kuşel bu dəfə 2026-cı ilin növbəti ayları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Onun sözlərinə görə, qarşıdakı 4-5 ay ərzində dünyanı doqquz böyük fəlakət gözləyir.

Kuşel üç iri yanğının və daşqınlara səbəb olacaq altı güclü yağıntının baş verəcəyini, bu hadisələrdən ikisinin isə qasırğa və ya digər şiddətli hava hadisələri ola biləcəyini proqnozlaşdırıb.

O, həmçinin enerji sahəsində dünyada görünməyən dəyişikliklər yaşanacağını, bunun nəticəsində insanların özlərini fərqli hiss edəcəyini və həyatlarında dəyişmək istədikləri məsələlərlə üzləşəcəklərini bildirib.

Ekstrasensin fikrincə, yaxın aylarda qlobal miqyasda gərginlik artsa da, oktyabrdan sonra vəziyyət tədricən sabitləşəcək. Kuşel iqtisadi problemlərin tam aradan qalxmayacağını, lakin insanların yeni şəraitə uyğunlaşacağını, xüsusilə yanacaq qiymətlərində enişin mümkün olduğunu iddia edib.

Xəbər lenti