"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev vəzifəsindən azad edilib.
Müvafiq əmrlə Mirrəhim Nəbiyevin xəstəxananın rəhbəri vəzifəsində fəaliyyətinə xitam verilib.
Hazırda Yevlax Regional Xəstəxanasına kimin rəhbərlik edəcəyi barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad olunmasının səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.
him Nəbiyev daha əvvəl Masallı Rayon Vərəm Dispanserinin baş həkimi vəzifəsində çalışıb.