Cəlilabadda ürəyi tutan sürücü qəza törədərək dünyasını dəyişib.
Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib.
Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abidinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil ürəyi tutub.
Nəticədə sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarında düşüb. Hadisə zamanı Sakit Abdinov həyatını itirib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.