Gündəm / Dünya / İdman Dün, 23:00

“Qalatasaray”dan yeni transfer




Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçu qatıb.

İstanbul təmsilçisinin prezidenti Dursun Özbək Moskvanın "Lokomotiv" klubunun yarımmüdafiəçisi Aleksey Batrakovun transferini təsdiqləyib.

Özbək yeni transferlə bağlı iddialı açıqlama verib:

"Skaut hesabatlarımız əsasında ən yaxşı oyunçunu transfer etdik. O, məşqçimizin də böyük rəğbətini qazandı. Nə qədər yüksək səviyyəli futbolçu ilə müqavilə imzaladığımızı hər kəs görəcək".

Xəbər lenti