Gündəm / Dünya Bugün, 22:25

Meşədən meyvə və göbələk toplamaq qadağandır?



Sakit okeanda formalaşan "El Nino" hadisəsinin gözləniləndən daha güclü olacağı və rekord səviyyəyə çata biləcəyi bildirilir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) proqnozuna görə, 2026-cı ilin sonlarında və 2027-ci ilin əvvəlində güclənməsi gözlənilən "El Nino"nun 1950-ci ildən bəri ən şiddətli hadisə olma ehtimalı təxminən 69 faizdir. Hadisənin 1982-1983-cü illərdə qeydə alınan "Super El Nino"nu da geridə qoyması mümkündür.

Mütəxəssislər güclü "El Nino"nun qlobal temperaturun yüksəlməsinə, istilik dalğalarının şiddətlənməsinə, həmçinin müxtəlif bölgələrdə quraqlıq və güclü yağıntılara səbəb ola biləcəyini bildirirlər.

Proqnozlara əsasən, 2027-ci il qlobal temperatur baxımından rekord göstəricilərdən birinə çevrilə bilər. Bununla yanaşı, "El Nino"nun təsirlərinin bölgələr üzrə fərqli olacağı və konkret hava şəraitini əvvəlcədən dəqiq müəyyənləşdirməyin mümkün olmadığı vurğulanır.

Xəbər lenti