Gündəm / Siyasət / Dünya
Bugün, 21:45
Xəzərdə gizli daşınma: Rusiya İrana trotil və sursat göndərir - NƏ BAŞ VERİR?
Rusiya ABŞ və İsraillə müharibədə İranın raket və pilotsuz uçuş aparatı arsenalını bərpa etməsinə kömək edir. Moskva Xəzər dənizi vasitəsilə İrana dron komponentləri, sursat və trotil göndərir.
Bu barədə "NBC News" Avropa hökumətinin sənədinə və Qərb rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiya bu yolla ABŞ və İsrailin hava zərbələrindən sonra İranın silah ehtiyatlarını yenidən doldurmasına yardım edir.
İddia olunan tədarük Moskva ilə Tehran arasında strateji müttəfiqliyin daha da dərinləşdiyini göstərir.