ABŞ prezidenti Donald Trampın administrasiyası İranla Hörmüz boğazına nəzarətlə bağlı danışıqlarda Oman hakimiyyətinin Tehrana həddindən artıq güzəştlər etdiyini düşünür.
Bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ Vaşinqtonun İran və Oman arasında əldə olunan razılaşmaların bəzi müddəaları ilə razılaşmadığını bildirib. Xüsusilə iki ölkənin Hörmüz boğazına giriş-çıxışa birgə nəzarət etməsi və tranzit üçün gəmi sahiblərindən ödəniş alınması ilə bağlı razılaşma Vaşinqtonun narazılığına səbəb olub.
Ağ Ev hesab edir ki, Oman İranla danışıqlarda kifayət qədər sərt mövqe nümayiş etdirməyib. ABŞ tərəfi sultanlıqdan daha prinsipial mövqe gözləyib.
Xatırladaq ki, avqustun 17-də Donald Tramp Oman rəhbərliyinin hərəkətlərindən narazılığını ifadə edib və ölkənin İran-ABŞ münaqişəsinin həllinə mane olacağı təqdirdə Omanı “bombalamaqla” hədələyib.