Gündəm / Siyasət / Dünya Bugün, 19:10

Ermənistan Aİİ-dən çıxsa, iqtisadiyyatı çökə bilər - Böyük zərbə xəbərdarlığı



Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə böyük bazarı itirə və ciddi iqtisadi itkilərlə üzləşə bilər.

Bunu “Lenta.ru”ya açıqlamasında erməni politoloq Norayr Dunamalyan deyib.

Politoloqun sözlərinə görə, Ermənistan ilk növbədə Rusiya bazarını itirəcək. Bu isə ölkənin ümumi daxili məhsulunun 5-6 faiz azalmasına səbəb ola bilər.

Dunamalyan qeyd edib ki, Aİİ-dən çıxış Ermənistanın ittifaq ölkələri ilə ticarət dövriyyəsinə də ciddi təsir göstərəcək. O, həmçinin çoxsaylı erməni bizneslərinin Rusiya bazarı ilə bağlı olduğunu vurğulayıb.

“Uzunmüddətli perspektivdə Ermənistanın Aİİ-dən çıxması bütün ölkə iqtisadiyyatına zərbə vura bilər”, - deyə ekspert bildirib.

Xəbər lenti