Gündəm Bugün, 19:00

Ürəyi tutan sürücü qəza törədərək dünyasını dəyişdi



Cəlilabadda ürəyi tutan sürücü qəza törədərək dünyasını dəyişib.

Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib.

Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abidinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil ürəyi tutub.

Nəticədə sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarında düşüb. Hadisə zamanı Sakit Abdinov həyatını itirib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti