Gündəm / İdman
Bugün, 20:15
Onu fitə basdılar, Simeone belə reaksiya verdi
“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone La Liqanın ilk turunda “Malaqa” üzərində 2:0 hesablı qələbədən sonra tribunalardan Xulian Alvaresə qarşı edilən təzyiqə, fitə basılmasına münasibət bildirib.
AS Simeonenin sözlərini sitat gətirib: “Azarkeşlərimizə böyük hörmətim var”.
Xatırladaq ki, “Barselona” 26 yaşlı argentinalı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır. Alvaresin ətrafı onun Kataloniya klubuna keçmək və Hans-Dieter Flikin rəhbərliyi altında oynamaq istədiyini iddia edir. “Arsenal” da Alvareslə maraqlanır.