İran ABŞ-a xəbərdarlıq edib. Tehran mümkün yeni eskalasiya zamanı daha güclü və müasir silahlardan istifadə edəcəyini açıqlayıb.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi, general Hüseyn Möhəbi deyib.
Onun sözlərinə görə, müharibə yenidən başlayarsa, İran əvvəlkindən fərqli silahlardan istifadə edəcək. Möhəbi bildirib ki, Tehran müdafiə imkanlarını hər gün təkmilləşdirir və daha dəqiq, texnoloji sursatlar istehsal edir.
General qeyd edib ki, yeni silahların üstünlüyü döyüş başlıqlarının nəsli, zərbələrin dəqiqliyi və raketlərin uçuş məsafəsi kimi göstəricilərdə özünü göstərə bilər.
Qeyd edək ki, ABŞ-ın İranla bağlı iqtisadi təzyiq strategiyasına keçməyə hazırlaşdığı barədə daha əvvəl məlumat yayılmışdı. Vaşinqtonun Tehranı beynəlxalq səviyyədə təcrid etmək üçün müttəfiqlərini də bu siyasətə qoşulmağa çağırdığı bildirilir.