Gündəm / Siyasət / Dünya Dün, 18:11

Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi



Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və erməni diplomatlar Türkiyə ilə sərhəddəki “Axurik” keçid məntəqəsinə baş çəkiblər.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İllik işçi görüş çərçivəsində Ararat Mirzoyanın rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin rəhbərliyi və xaricdəki diplomatik xidmət qurumlarının rəhbərləri Ermənistan-Türkiyə sərhədindəki “Axurik” keçid məntəqəsini və Gümrü-Qars dəmir yolundakı “Axuryan” stansiyasını ziyarət etdilər", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, dəmir yolunun bərpası və istismarının vacibliyi, eləcə də bu istiqamətdə işlərin gedişi məsələsi qaldırılıb.

Xəbər lenti