Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır, lakin bunun üçün etibarlı və uzunmüddətli sülh planı hazırlanmalıdır.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
Onun sözlərinə görə, Moskva danışıqları yalnız Ukraynadan gələcəkdə hazırkı vəziyyətin təkrarlanmayacağına dair təminat olduqda qəbul edəcək.
O bildirib ki, Rusiya Ukraynanın bir daha “anti-Rusiya” mövqeyində çıxış etməsini və Qərbin Rusiyaya qarşı geosiyasi mübarizəsində vasitəyə çevrilməsini istəmir.
Matviyenkonun sözlərinə görə, Moskva danışıqlar prosesini rədd etmir, lakin əsas məqsəd müvəqqəti deyil, etibarlı və davamlı sülhün təmin olunmasıdır.