Gündəm / Siyasət
Bugün, 20:20
İlham Əliyev: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü özü bərpa edib
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanmasına dair qətnamələrin icrasında heç bir rol oynamayıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" görüşündə çıxış edərkən bildirib.
"Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam olaraq özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icra olunması müvafiq mexanizmlərin işlənib hazırlanmasını tələb edir", - o bildirib.